Astara kəndlərinin toponimləri

ASTARA TOPONİMLƏRİ səh-13

ARTUPA__Artupa qədim Midiya,Atropatena, habelə Avesta qaynaqları ilə səsləşən toponimdir. Çox güman ki, "Art"-od, "upa"-yer adıdır.

ANBOBA__"Ambobə" sözündən yaranması ehtimal edilir. Bəzilərinin fikrincə, "Ambo"-anbar, "bə"-qapı deməkdir.

ALAŞA__Toponim talışca "Ələşo" adlanır. Yerli əhalinin fikrincə, Əli şah sözlərindən yaranmışdır. Alaşa-türkcə zəif, arıq ata da deyilir.

BƏLBAY__
BALA ŞAHAĞACI__
BİNABƏY__Toponim "Bınəbəy" sözünün təhrif edilmiş şəklidir. "Bınə" dib, kök, kötük mənalarında işlənir.

BİLİ__Sucaq, gölməçə yerı, hündür yer, ördək mənalarını kəsb edir.

BİO__"Biəov" sözündən olub, "buzlu su" deməkdir.

BIRSUT__"Yandırılmış tikanlıq, tikan olan yer" deməkdir.

BURZUBƏND__"Barzoband" toponiminin təhrif edilmiş şəkli olub, "hündür dağ" deməkdir.

VƏNƏŞƏKEŞ__"Bənövşəli yer" mənasındadır.
VILƏPARQO__"Vıləparğo" sözündən olub, "gül kimi yumşaq, gül kimi təmiz" deməkdir.
VOVADA__"Vovədi" toponiminin təhrifi olub, "Müalicəvi isti su çıxan kənd" və "küləyin qabağında olan kənd" mənalarında işlənir. səh-13.
VAQADİ__"Qarlı kənd" və"canavarın olduğu kənd" mənalarında güman edilir. səh-14
VAQO__"Va"-qar, "qo" yer deməkdir.
VILİ__"güllü yer" deməkdir.
VƏZNƏŞ__Qara ağacın olduğu yer mənasında izah olunur. Fikrimcə bu fitotoponimdir.
QAPÇİMƏHƏLLƏ__"Qapıçı məhəlləsi"mənasındadır,sərhədə yaxın olduğu üçün belə adlanır.
QAMIŞOVKA__Rusların yaşadığı kənddir, "qamışlıq" deməkdir.
QALAPURQU__"Qələpırqo"sözünün təhrif edilmiş şəkli olub, "sürünün yaxud qalanın olduğu yer" mənasındadır.
QANQALAŞ__"Qanqıləş" sözündən alınmışdır. "qanqal" talışca balıqqulağı, ilbizqabığı, mərcanquluya deyilir. "Qanqal" isə su xərçənginin adı, "aş" ünsürdür. Bəziləri bu toponimi üzüm sasəsi, digərləri Qanq çayı ilə bağlayırlar. Kanqlılarla da bağlamaq olar.
ĞƏCİMARDƏ__"Qəci"-qartal, "mardə"-ölən, ölüb mənasındadır.
ĞAJO__"Sürətlə axan çay", şərab üzümü olan yer" mənasında olması söylənilir. Toponim talışca Ğıjo adlanır, mənası "qıvrılmış" deməkdir Bəzilərinin fikrincə, toponim "ğıjğə" sözündən olub. "buruq-buruq yer, əyri -üyrü xətt" mənasındadır.
DƏSTHOR__"Əl dəyirmanı" deməkdir.
DOLİ__Çox guman ki, "doliv" sözündən olub, mənası ağac yarpağıdır.
DURİYYƏ__"Dıruyə" sözündən yaranmış, bu da "dıriyə" (yəni iki yol, iki cığır), "dıryə" (yırtılmış), "dıruyə" (iki çay) sözləri ilə səsləşir.
DİQO__(Bax; Digah, Diqo)
DEĞƏDİ__"Değədi"-dağ kəndi, "Değ mahalından gələnlərin kəndi mənasındadır.
ƏRÇİVAN__"Arçion" toponiminin dəyişmiş variantı olub, "mişarçəkənlər yeri" (ərəçion) deməkdir.
ƏSXƏNƏKƏRAN__"Əsxənkəco" sözündən yaranmışdır. "Əsxən" şəxs adı, "kəco"-ev yeri deməkdir.
ƏZƏRUD__Toponim yerli əhalinin dilində eyni mənanı kəsb edən "Əzərü" adlanır. "Əzə" şəxs adı, "rü" çay mənasındadır.
ƏKBƏRƏMƏLLƏ__"Əkbər məhəlləsi" deməkdir. səh-14
ƏYƏRUD__"Əyə" şəxs adı, "rud" (rü) çay mənasındadır.Bəzilərinin fikrincə "alçalı çay" deməkdir. səh-15
ZÜNGÜLƏŞ__"Zünqülə" -talışcadır, "sırsıra, buz" deməkdir,--"əş"ünsürdür.
KİJƏBƏ__"Kijə"-qüş, "bə" qapı deməkdir. Tarix elmləri doktoru S. Onullahi "Kijəbəni" Kijə ləqəbli tarixi şəxsiyyətin adı ilə əlaqələndirir.
KILINBİ__Toponim çox güman ki, "kılınbin" sözündən olub, kol dibi deməkdir. Bəziləri toponimi "kılonbi" (yəni kol-kosdan kənar yer) şəklində izah edirlər. "Kıl"-kol (kıl-kumot) "-on" cəm şəkilçisi, "bi"-çöl, bayır, kənar deməkdir.
KƏMLAKAN__"Böyürdə salınmış evlər, azlıqda qalan evlər" mənasında izah olunur.
KAKALOS__"Kaqəlüs" sözündən olması ehtimal edilir, zootoponimdir. "Kaq"-toyuq, "ə" birləşdirici səs, "lüs"-çöl pişiyi deməkdir.
KOLATAN__(Bax: Kolatan).
LOVAİN__İbadət edənlər kimi şərh olunur.
LOBIR__"Lo" qarğa, "bır" burada tikan deməkdir.
LƏZİ__"Ləzi" (ləzəy)-an, bir anlıq deməkdir.
LƏLƏKƏPEŞTƏ__"Lələ"-şəxs, "kə", "peştə"-arxa mənasındadır. "Peştə" həmçinin kiçik təpə mənasındadır.
MOTLYATAQ__Çox güman ki, motal, yataq sözlərinin birləşməsindən yaranmış, məcazi mənada iri yekə yataq deməkdir.
MARZASƏY__"Mərzin başı üstü" deməkdir.
MİKİ__qədim tayfa adıdır.
MAŞXAN--Əhalinin fikrincə, farca "ma şeyxan", ("biz şeyxlərik") sözlərinin fonetik dəyişkənliyə uğramış şəklidir. Toponim talışca Maşxan sözü ilə eyni məna kəsb edən Maşxon adlanır.
MƏÇİTMƏHƏLLƏ__"Məscid olan məhəllə" deməkdir.
NOYABUD__"No"-yeni deməkdir, toponimin yeni mənzil şəklində yozumu var.
NATİN__"Neftli yer" deməkdir.
NİLƏŞƏ__"Nil ağacının çox olduğu yer" mənasındadır.
OJƏKƏRAN__"Ojəkon" sözündəndir, "oj" açıq, "ə" birləşdirici sait, "kon" evlər deməkdir. səh-15
OVALA__"Ovala" çiçək xəstəliyi deməkdir, çoxgüman ki, toponim bununla əlaqədar olaraq yaranmışdır. Bu toponimin "ovələ" sözündən olub "su qalan yer" mənasında da yozumu vardır. Bu toponimin qədim türk dillərindən "avala" yaranmasını ehtimal etsək toplaşmaq, çəm olmaq anlamında işlənər. səh-15-16
PƏLİKƏŞ__"Pəl" talış dilində əyribel, "-i" birləşdirici sait, "kəş" qol deməkdir. Məcazi mənada dağın çıxıntısı kimi yozulur. səh-16
PENSƏR__"Yuxarı baş" deməkdir.
REQLUBA__"Rığülbə"-ayrılmış parçalanmış yerin girəcəyi (qapısı) mənasında anlaşılır.
RÜƏDILƏ__"Çayın içi" deməkdir.
RİNƏ__"Rınə"-dağılmış, sökülmüş mənasında olduğu ehtimal olunur. Bəzilərinin fikrincə, bırinə sözündən olub, kəsilmiş, tikanlı mənalarının birində işlənir. "Rinə" həmçinin dayanacaq deməkdir.
RUDƏKƏNAR__(Bax: Rüdəkənar)
SİPİYƏALAFDİN__"Ağ otlu kəndlər" deməkdir.
SİYAKEŞ__"Qara, qaralmış yer" mənasındadır.
SƏXYƏKƏRAN__Toponim taışca Səxyəkon adlanır. Yerli əhalinin fikrincə, toponimin mənası "daş evlər" deməkdir. Çox güman ki, Səxyəkon "sə xıynə kon" sözlərindən yaranmış, mənası "damı (başı) qırmızı xınaya bənzər evlər deməkdir.
SIĞALONİ__"Daşlı yer" deməkdir, talışca "sığəloni" sözündən götürülmüşdür. "Daşlı yuva" mənasında da işlənir.
SİYAKU__Talışca "qara dağ" deməkdir. Bəzilərinin fikrincə "ayrılmış təpə" mənasındadır.
SƏNCƏRƏDİ__"Sancədi" toponominin dəyişdilmiş variantıdır. "Səncər"-şəxs adı, "di" kənd deməkdir.
SPİYƏPARD__Talışca "ağ körpü" mənasındadır.
SIM__Toponm,çox güman ki, "sımbə" sözündən yaranmış. mənası "sünbə şiş" deməkdir. Görünür toponimin coğrafi mövqeyinə görə belə adlanıb. "Sım" həmçinin qıraq, kənar yer mənasında da işlənir.
SİBİYYƏT__Bəzilərinin fikrincə "almalıq" deməkdir.
SUPARİBAĞ__"Sıpoyboğ" söaündəndir, "sı"-qırmızı, "poy"-yer, "boğ"-bağ deməkdir.
SELƏKƏRAN__"Seləkon" sözündən olub ("se qlə kon")-üç ev deməkdir. səh-16
SƏRƏK__"Sək" (sak,saq) tayfa adı ilə əlaqələndiririlir, toponim talışca "Sək" adlanır. səh-17
SİYƏTÜK__"Tara bicarlıq" deməkdir.
SƏLİVƏ__"Qırmızı yarpaq" mənasındadır.
SEKƏŞAN__"Sekəşon"-üçqollular, məcazi mənada dağın üç çıxıntısı deməkdir. Üç ev yeri mənasında da yozumu var.
TORADİ__"Tora"-tərə, "di" kənd mənasında işlənir.
TAXTANƏKƏRAN__"Taxtənəkon" sözündən olub, "taxta evlər" deməkdir.
TƏNGƏRÜD__"Tanqərü" toponiminin fars dilində olan şəklidir, mənası "dar çay" deməkdir.
XIÇASO__"Xıçə"-budaq, "so"-həyət deməkdir. Bəzilərinin fikrincə, "xıçəsə" sözündən olub, budaqbaşı mənasındadır.
HAMUŞAM__hamar çöl, düzənlik (vadi) deməkdir
HƏSİN__"həçin" sözündən yaranıb, "eşşək saxlayanlar" mənasında olması ehtimal edilir. Həsin-həmçinin möhkəm, möhkəmləndirilmişyer deməkdir.
ÇUKƏŞ__"Ağac çəkən", ağac qolu və s. mənalarında işlənir.
ŞƏMƏTUK__"Şamətük" sözündən olub, düzən yerdə olan bicarlıq deməkdir.
ŞIXONPEŞTƏ__"Şıxnəpeştə" sözündəndir, "şeyxlərə məxsus torpaq sahələri" mənasında işlənir.
ŞƏVQO__"Qaranlıq yer", "gecələmək üçün daldalanacaq" deməkdir.
ŞÜMRÜD__"Çöldən, düzənlikdən axan çay", "Şümür çayı" mənalarında yozulur.
ŞOVAŞ__"Şüvəş" sözündən alınmışdır, bu söz çox güman ki, "çüvəş" sözündən olub, mənası "ağac yandırılan, ağac yanan", məcazi mənada isə "kömürçülər yeri" deməkdir.
ŞIXƏMƏHLƏ__"Şeyx məhəlləsi" mənasındadır.
ŞAĞLAZÜZƏ__"Çaqqal ulayan yer" deməkdir.
ŞİYƏKƏRAN__"Şiəkon"toponiminin dəyişdirilmış şəkli olub, mənası "şiə evləri" deməkdir.

ŞÜVİ__(Bax: Şovi)
HAFTKAN__"Yeddi evlər" mənasındadır. səh-17

MƏNBƏ: Musarza Mirzəyev "TALIŞ TOPONİMLƏRİNİN QISA İZAHLI LÜĞƏTİ"
Bakı -1993

Məqaləni tərtib etdi: Teymur Əkbərov