
XIL__Azərb SSR Masallı r-nunda kənd. X. sovetliyinin mərkəzi R-n mərkəzindən 12 km c.-da, Lənkəran ovalığındadır. Əh-2960 (1986); tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb, klub, 3 kitabxana, kinoqurğu, tibb məntəqəsi var.
AZƏRBAYCAN SOVET ENSİKLOPEDİYASI...10-cu cild. Bakı-1987. səh-88.
+===============+
Xıl__bataqlıq, suyun dərin yerinə deyilir. Xıllı adında ərəb tayfası da olmuşdur.
Musarza Mirzəyev. "MƏNİM MASALLIM". Bakı-1991. səh-59
XIL__Xıl sözünə çoxcildii "Azərbaycan dilinin izahlı lüğəti" kitabında rast gəlmirik. Kəndin yaşlı nəslinin və alimlərin fikrincə, bu söz talışca bataqlıq deməkdir. (Bax: R. Yüzbaşov, K. Əliyev, Ş.Sədiyev "Azərbaycanın coğrafi adları", s-46, B-1972). Bu fikri daha da dəqiqləşdirmək üçün L. A. Pireykonun "Talışca-rusca" kitabına müraciət etdik: "Xıl-omut, qlubokoe mesto" qlubokaya luka, zaboloçennoe mesto, qlubokiy (o vode), (Moskva-1976, s-227). Deməli, Xıl sözü talışca olub burulğan, dərin yer, dərin gölməçə, nohur, bataqlıqlaşmış yer, suyun dərin yeri mə'larında işlənir. Lənkəran rayonundakı Sardaxıl, Yardımlıdakı Hoəxıl, Masallıdakı Nəşixıl toponimləri də fikrimizi sübut edir. Neftçala rayonu ərazisində Xıllı toponimi vardır. Akademik Z. Bunyadov yazır: "Vaxtilə İraqdakı Xillidən Azərbaycanın indiki rayon mərkəzi Xilliyə gəlmiş rəbiilər məskən salmışdılar". Xil adlı türk tayfası da olmuşdur. Xıl, xil, xilli ifadələri nə qədər oxşar olsalar da, ayrı-ayrı məfhumlardır.
Musarza Mirzəyev. "Talış toponimlərinin qısa izahlı lüğəti".
Bakı-1993. səh-52
Məqaləni tərtib etdi: Teymur Əkbərov